Miqrantların “qara gün”ləri başlayır – İsveçdə seçki şoku – FOTO

Paylaşmaq gözəldir...

İsveçdə keçirilmiş parlament seçkiləri iqtidar partiyası üçün fiasko ilə sonuclanıb.

Milli.Az European-a istinadən bildirir ki, seçkilərdə ən çox səs toplayan siyasi qüvvə hakimiyyətdəki Sosial-Demokrat Partiyası olsa da, 28,4 faizlik nəticə uğursuzluqdur.

Çünki bu nəticə İsveç sosdemləri üçün son 100 ildə ən pis sonucdur.

İkinci yeri 19,8 faiz səslə sağ-mərkəzçi Koalisiya Partiyası (Moderata samlingspartiet) tutub.

İfrat sağçı-populist, ölkədən miqrantların qovulmasını tələb edən “İsveç Demokratları” Partiyası isə tarixində ən yaxşı nəticə göstərərək səslərin 17,6 faizinə yiyələnib və 3-cü yeri tutub.

İsveçin baş naziri Stefan Leven müxalifəti danışıqlara və dövlət naminə əməkdaşlığa çağırıb.

Ölkənin əsas siyasi qüvvələri sağçı-populistlərlə hökumət koalisiyası yaradılması ideyasını indiyədək qətiyyətlə rədd ediblər.

“İsveç Demokratları” Partiyasının mövqelərinin güclənməsinin və onun parlament seçkilərində 3-cü yeri tutumasının başlıca səbəbi İsveçin yerli sakinləri arasında miqrantlarla bağlı narazılıqların kəskin şəkildə artmasıdır.

10 milyon əhalisi olan İsveç hər il təqribən 150 min miqrant qəbul edir. Bu isə Avropa Birliyi ölkələri arasında ən yüksək göstəricidir.

“İsveç Demokratları”nın uğuru hökumətin formalaşması prosesini xeyli çətinləşdirəcək, çünki nə sosial-demokratların başçılıq etdiyi sol-mərkəzi koalisiya, nə də sağ-mərkəzçilərin hökuməti formalaşdırmaq üçün parlamentdə çoxluqları yoxdur.

Sağçı populistlərlə isə kimsə koalisiya qurmaq istəmir.

“İsveç Demokratları” Partiyasının lideri Yimmi Okessona gəldikdə, o, başçılıq etdiyi strukturun nümayəndələrinin mütləq şəkildə hökumətdə yer alacaqlarını deyib.

Yimmi Okesson miqrasiya ilə bağlı qaydalara da yenidən baxılmasını tələb edir.

“Yaxın Şərq və ya Şimali Afrikadan miqrantlar sel kimi ölkəmizə gəlir. Üstəlik, postsovet məkanı ölkələrindən, xüsusilə də Cənubi Qafqz və Orta Asiya dövlətlərindən gələn miqrantların da sayı artır. Buna son qoymaq gərəkdir və son da qoyulacaq. Cənubi Qafqaz və Orta Asiya ölkələri demokratiya yolunda olduqlarını deyirlərsə, deməli, həmin ölkələrdən olan, bizdə siyasi və digər formalı sığınacaq almağa çalışanların hamısı İsveçdən çıxarılmalı, deportasiya olunmalıdır. Digər ölkələrdən olan miqrantlara gəldikdə isə… Şəhərlərimizin küçələrinə baxın. Sanki, ərəb şəhərləridir. Bu biabırçılığa son qoyacağıq”, – Yimmi Okesson deyib.

İfrat sağçıların parlament seçkilərindəki uğuru istənilən halda İsveçdəki miqrantlara sığınacaq və vətəndaşlıq verilməsi prosedurları ilə yanaşı, ölkənin qəbul etdiyi miqrantların kvotasına da təsir göstərəcək.

Ekspertlərin fikrincə, yaxın aylarda İsveçdə miqrantların deportasiya dalğası başlayacaq.

Okessonu “Putinin adamı” adlandıranlar da yanılırlar. Çünki “İsveç Demokratları”nın lideri Rusiyanı çağdaş Avropaya əsas təhdidlərdən biri, hətta potensial hərbi münaqişədə İsveçin düşməni sayır.

39 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar