Toya gedən gəlin restorandan yoxa çıxdı – Əri FOTOlarını Facebook-da paylaşdı

Paylaşmaq gözəldir...

Türkiyənin Muğla vilayətində qohumunun toyuna gedəcəyini söyləyərək 2 uşağıyla yoxa çıxan Ayşegül Yılmazdan (28) 4 gündür xəbər yoxdur.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, evdar qadın olduğu deyilən Ayşegül həftənin birinci günü qızı Azra (7) və oğlu İbrahim (5) ilə birlikdə qohumunun toyuna getmək üçün evdən çıxıb. Arvadı ilə əlaqə saxlaya bilməyən, sonuncu dəfə toyda göründüyünü öyrənən Ali Yılmaz aidiyyəti qurumlara müraciət edib.

Axtarışlara başlayan polis əməkdaşları qəsəbədəki təhlükəsizlik kameralarını araşdırmağa başlayıb. Ali Yılmaz isə Facebook hesabından arvadı və uşaqlarının fotolarını paylaşaraq görənlərin onunla əlaqə saxlamağını xahiş edib.

Ali Yılmaz “Aramızda hər hansı bir problem yox idi. Gülə-gülə, oynaya-oynaya toya göndərdim və toydan sonra yoxa çıxıblar. Hər yerdə axtarırıq” deyib.

144 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar