Bakıda sürücüdən əxlaqsızlıq – Qadın müştərinin yanında …

Paylaşmaq gözəldir...

Bakıda taksi sürücüsündən əxlaqsız addım.

Ordan-burdan.com minval.İnfo-ya istinadən xəbər verir ki, Bakının “Şamaxinka” kimi tanınan ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərən şəxs qadın müştərisinə qarşı əxlaqsız hərəkət edib. Belə ki, 99-FD-996 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü “Şamakinka”dan Masazır qəsəbəsinə müştəri aparıb.

Xanım sərnişin arxa oturacaqda bəylərin olacağını düşünərək ön tərəfdə əyləşib. Hər şey də bundan sonra baş verib. Əxlaqsız sürücü yolboyu cinsi orqanını çıxararaq əli ilə seksual xarakterli hərəkətlər edib.

Xanım sərnişin bunun fərqinə vardığı zaman maşını saxlatdıraraq oradan qaçmaq istəyib, amma baş verənləri isbat edə bilməyəcəyini düşünüb və həmin sürücünün hərəkətlərini telefonu ilə videoya çəkməyə başlayıb. Daha sonra həmin görüntülərlə Xırdalan şəhər polis idarəsinə müraciət edib.

Məsələ ilə bağlı Xırdalan şəhər polis idarəsi ilə əlaqə saxladıq. İdarədən verilən məlumata görə, hadisə ilə bağlı onlara həqiqətən də şikayət daxil olub: “Hazırda bu şəxsin kimliyini araşdırırıq.  Ən qısa zamanda nəticə ilə bağlı sizə məlumat verəcəyik”.

152 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar