“Məktubda yazıb ki, Güneli öldürürəm…” – Qəbələdəki sevgi faciəsində yeni faktlar

Paylaşmaq gözəldir...

Avqustun 28-də Qəbələ rayonunda qızla oğlanın dəhşətli intiharı hələ də müzakirələr olunur. Həmin gün 1992-ci il təvəllüdlü Elçin Mirsahibli və 1984-cü il təvəllüdlü Günel Dadaşova həyətdə asılmış vəziyyətdə aşkar edilib.

Ordan-burdan.com qafqazinfo-ya istinadən xəbər verir ki, G.Dadaşovanın anası “Space TV”də efirə qoşularaq hadisənin necə baş verməsi barədə versiya irəli sürüb.

O bildirib ki, qızının əri bir neçə il əvvəl yoxa çıxıb: “Kürəkən ona-buna pul atırdı, sonra qaçıb gizlənmişdi. Ailəsi əvvəl dedi ölüb, sonra dedilər sağdı. Qızım da həyata, özünə, uşağına qarşı aqressiv idi. Gətirib yanımda saxladım, 7 il onun uşağına baxdım.

Elçin isə bizim qonşumuz idi, qızıma vurulub. Mən bunu bir ay əvvəl bildim, oğlanla danışdım. Ona dedim ki, yaş fərqiniz çoxdu, qızımın yoldaşı sağdı, çıxıb gələcək.

Sonra biz başqa ev alıb köçdük, qızım o evdə qaldı. Elçin zorla evə girib qızıma “ammonyak” içizdirib. Sonra da aparıb həyətdə yarımtikilidə onu, arxasıyca da özünü asıb. Qızımı asdığı dirəyə də məktub yazıb yapışdırıb. Qeyd edib ki, “Mən Elçin İlham oğlu Dadaşov Güneli öldürürəm. Bu məktubu alana qədər mən də ölmüş olacağam. Mənim çox sevdiyim ya mənimdir, ya da qara torpağın”.

Elçinin ailəsi “zaks” istəyirdi, qızım da deyirdi “sən uşaqsan, əl çək, çıx get”. Günel ər istəmədiyini, övladını böyütmək istədiyini deyirdi.

Onları asılmış vəziyyətdə ilk dəfə oğlanın babası görüb. Qızımın qollarında oğlanın barmaq izləri olub, sol ayağı da cızılmışdı”.

Qeyd edək ki, cütlüyün intihar etdiyi həyət də G. Dadaşovaya məxsus olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

33 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar