ŞOK RƏQƏM: 150 milyon şagird şiddətə məruz qalır

Paylaşmaq gözəldir...

Dünyada 13-15 yaş qrupundakı təxminən 150 milyon  şagirdin məktəb yoldaşları tərəfindən  şiddətə məruz qaldığı bildirildi. Birləşmiş Millətlər Uşaqlara Yardım Fondu (UNICEF) tərəfindən  yayımlanan ərizə qlobal olaraq 13-15 yaş arasındakı şagirdlərin yarısının məktəb içində və çevrəsində fiziki şiddət ya da müxtəlif zorbalıqlar  gördüyünü ortaya qoydu.

Dünya miqyasında 13-15 yaşlarındakı şagirdlərin yarısına tekabül edən  150 milyon gəncin yaşıdları tərəfindən zorbalığa məruz qaldığının məlum olduğu hesabatda eyni yaş aralığındakı şagirdlərdən üçdə birindən çoxunun məktəblərdə aşağılayıcı cəzalara məruz qaldığına diqqət yetirilib.

122 ölkədən əldə edilən məlumatlara görə hazırlanan hesabatda 13-15  yaşlarındakı şagirdlərin təxminən üçdə birinin fiziki mübahisələr etdiyi bəlli olub.

Hesabata görə dünyada məktəb yaşındakı 6-12 yaş arasındakı təxminən 720  milyon uşaq məktəblərdəki fiziki cəzanın tam olaraq qadağan edilmədiyi ölkələrdə yaşayır.

Günel Baxşəlizadə

37 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar