“Nazpəri Dostəliyevanın oğurlanmış 250 min manatını qaytardılar, bizim pulumuzu yox”

Paylaşmaq gözəldir...

Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ordan-burdan.com report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Anar Əliyev ifadə verib.

Zərərçəkmiş qeyd edib ki, Xətai rayonunda yerləşən mənzilindən 18 min manat dəyərində qızıllarının oğurlandığını deyib: “Rayondan qayıdırdım. Evə girəndə oğru girdiyini hiss elədim. Baxdım qızıl-zinət əşyalarını götürüblər. Dərhal polisə məlumat verdim. Bir neçə gün sonra polislər Cavid Əliyevi evimə gətirdilər. Dedilər ki, oğurluğu edən bu şəxsdir. Cavid oğurluğu haradan etdiyini göstərdi”.

Anar Əliyev bildirib ki, ona dəymiş ziyan ödənilməyib: “Başqalarının zərərləri ödənilib. Hətta Nazpəri xanımın da evindən 250 min manat məbləğində oğurluq ediblər. Sonra qaytarıblar. Yüksək məbləğləri ödəyiblər. Amma bizim on illərlərlə qazandığımızı bir gecə də apardılar. Yəqin ki, biz də müğənni olsaydıq, pulumuz ödəyərdilər”.

Prosesdə digər zərərçəkən Afaq Həsənova da dindirilib. O, ifadəsində deyib ki, oğurluq edilən evində kamera var. Oğurluq hadisəsi də kameralar tərəfindən lentə alınıb. “Mən ilk olaraq evimdən 15 min qızıl oğurlandığını demişdim. Həmin vaxt həyəcanlı idim. Sonra yenidən polisə getdim. Dəymiş zərərim 26 min manat olaraq qiymətləndirildi. Həmin zərər ödənməyib”.

Məhkəmə prosesi sentyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar. Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Asif Həmidov tərəfindən törədildiyi məlum olub. Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər. Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb. Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb. Məlumata görə, A.Həmidov taksi sürücüsü olub. İstintaq dövründə həmin cinayət işi üzrə təqsirləndirilən A.Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.

29 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar