Tənha çoban qızın toyu oldu – FOTO

Paylaşmaq gözəldir...

Britaniyada “Tənha çoban qız” kimi tanınan 32 yaşlı Emma Qreyin toyu olub. O, 40 yaşlı yanğınsöndürən Evan İrvaynla ailə qurub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Emma Qrey 9 il əvvəl, 23 yaşı olanda məşhurlaşmışdı.

Şotlandiyanın Roksburqşir qraflığındakı Houkik səmtində, mərhum atasından qalma fermada yaşayan Qrey tam tənha olduğunu, qoyun otarmaqdan həzz aldığını demişdi.

Daha sonra o, “Bir qız və onun iti” (One Girl and Her Dog) adlı kitab yazaraq daha da populyarlaşmışdı.

Nortumberlenddəki Fallouil Milli Parkının yaxınlığında 150 hektarlıq əraziyə malik ferması olan Emma Qrey “Britaniyanın ən gənc peşəkar qadın çobanı” titulunun da sahibəsidir.

O, habelə Nortumberlenddə keçirilən ənənəvi “Orthumberland Sheepdog Trials League” yarışında qalib gəlib. Emma bu yarışın 40 illik tarixində ilk qadın çempion idi.

“Çox bəxtəvərəm. Evdə qarıyıb qalmışdım. Ömrümün sonunadək tənha yaşayacağımı düşünürdüm”, – Emma deyib.

10 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar