Şok kadrlar: Yaponiyanı “Cebi” vurdu – VİDEO

Paylaşmaq gözəldir...

Yaponiyanı ölkə tarixinin son 25 ilində ən güclü və dağıdıcı olan “Cebi” tayfunu vurub.

Milli.Az Kyodo-ya istinadən bildirir ki, təbii fəlakət nəticəsində 1 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Siqa prefekturasındakı Hikasiomi şəhərində ciddi dağıntılar var.

Kioto şəhərindəki dəmiryol vağzalına ciddi ziyan dəyib, Osaka şəhərindəki Kansay hava limanındakı uçuş-enmə zolaqları su altında qalıb.

Tayfunun vurduğu zonalarda küləyin sürəti 216 km/saat olub.

“Cebi”yə görə Yaponiyanın qərbində 600 aviareys təxirə salınıb, qatarların hərəkəti dayandırılıb. “Toyota” konserni Aiti, Fukuoka və Miyaqi prefekturalarındakı 14 zavodunda gecə növbəsini ləğv edib.

“Cebi” tayfunu 60 km/saat sürətlə hərəkət edir.

32 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar