Pula görə uşağı qurban kəsmək istəyirlər – DƏHŞƏTLİ ƏNƏNƏ bu gün də davam edir…

Paylaşmaq gözəldir...

Əlavə barmaqlarla doğulmuş uşaq ağlayır, “Məni öldürəcəklər!” deyir. Uşağın sözlərinə görə, qohumları onu qurban kəsmək istəyirlər.

Milli.Az İndia Today-ə istinadən bildirir ki, Hindistanın Uttar-Pradeş əyalətində yaşayan 7 yaşlı oğlanın ayaq və əl barmaqlarının sayı 24-dür.

Oğlanın valideynlərinin dediklərinə görə, qohumları uşağı qurban kəsmək istəyirlər.

“Tantrik qurunun yanına əlac üçün getmişdik. O isə söylədi ki, oğlumu qurban kəssək, yaxşı pul ala bilərik. Pul adı eşidən kimi qohumlarımız razılaşdılar. Biz isə qorxuruq. Qorxudan oğlumu məktəbə də yollaya bilmirik. Polisə şikayətlənmişik”, – 7 yaşlı oğlanın anası deyib.

Barabankinin polis rəisi Umaşankar Sinqhin dediyinə görə, uşağa yardım edəcək.

“Valideynlərinə dedim ki, uşağı yanıma yollasınlar. Oğlanın təhsili ilə bütün xərcləri çəkməyə hazıram. Kimsə də ona toxuna bilməz. Şikayət əsasında isə ədalətli istintaq aparılacaq”, – Sinqh söyləyib.

36 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar