Azərbaycanlı müğənninin ÜRƏK PARÇALAYAN ailə dramı: “Hamilə olanda ərim gözümün qabağında başqası ilə yatırdı”

Paylaşmaq gözəldir...

“Lalə” qızlar ansamblının keçmiş solisti Elmira Əliyeva xəstə yatağındadır.

Milli.Az-a açıqlama verən müğənni keçmişini xatırlayıb:

“Mənə bu sənətdə çox mane oldular. İstədilər ki, yolumu azım, amma mən yolumu azmadım. Ona görə də sənətdə geri qaldım. Nə sənətdə bəxtim gətirdi, nə də ki, ailədə. Ailə həyatı qurdum, kaş qurmazdım. Həyat yoldaşım məni gündə döyürdü, söyürdü. Döyüldüm, söyüldüm sonu da xəyanət oldu. Mən hamilə olanda ərim gözümün qabağında başqası ilə yatırdı. İndi artıq yaşım 80-ni keçib. İki oğlum var, onları evləndirə bilmirəm. Sənət mənə heç nə vermədi. Əsəbimdən soyuq su içirəm ki, səsim tutulsun. Ölmək istəyirəm vallah”, – deyə müğənni bildirib.

81 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar