Azərbaycanlı aktrisadan inanılmaz açıqlama: Mən kişiyəm – FOTO

Paylaşmaq gözəldir...

“Bir günlük kişi olsan nə edərsən?”

Milli.Az bu sualla bəzi yerli tanınmış xanımlara müraciət edib.

Onlardan sualımıza ilk cavab verən, aktrisa Təranə Əliyeva olub:

“Mən kişiyəm də. Bəzi kişilərin hulqumu yoxdur, ona görə də mən elə kişiyəm! Amma həqiqətən, bir günlük kişi olsaydım, üzümü qırxardım ki, görüm necə hissdir”.

Aparıcı-aktrisa Mələk Heydərova da həmkarı kimi maraqlı cavabı ilə yadda qalıb:

“Kişilərin o qədər maraqsız həyatı var ki, inanın ki, heç kişi olmaq istəməzdim. Gün ərzində həyatları çox rutin keçir. Səhər dur, saç, baş darama, işə get, işdən gəl, arvadı danla, sonra dalaş ki, evdən çıxıb dostlarla domino oynayıb, pivə içə biləsən. Axşam 12-də gəl yat. Vəssalam. Elə buna görə, yəqin kişi olsam həyatımdakı bütün qadınları, bir günlük belə olsa, xoşbəxt etmək istəyərəm, yəqin. İnanın ki, biz qadınların diqqət və qayğıya həddindən artıq ehtiyacımız var və nə yazıq ki, kişilər bunu anlamırlar”.

Müğənni Sevda Sanəliyevanın “cavabı” bir qədər fərqlənib:

“Olar deməyim cavabını? (gülür). Cavab tapa bilmədim e. Yəqin ki, kişi olmaq istəməzdim”.

11 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar