Gündə 2 saat yatırdı, corab geyinməyə nifrət edirdi… – Dahilərin bilinməyən qəribəlikləri

Paylaşmaq gözəldir...

Milli.Az tarixə adını yazdıran şəxsiyyətlərin bilinməyən qəribə vərdişləri haqqında xəbər verir.

Salvador Dali

İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olan Dalinin bəzi qəribəlikləri var idi. Belə ki, bir dəfə o, ağacda oturaraq müsahibə verib. Bəzən isə dərs deyərkən üzgüçülük geyimi geyinən Dali, bununla öz şüuraltına daha əlçatan olduğunu iddia edirdi.

Nikola Tesla

Serb əsilli Amerika futuroloqu, maşın mühəndisi, ixtiraçı Nikola Teslanın həmişə yediyi yeməkləri saymaq kimi qəribə adəti vardı. Bundan başqa o, xəstəliklərdən qorxduğu üçün tez-tez əllərini yuyardı. Sadəcə 2 saat yatan ixtiraçı, bütün işlərini bitirməyi və heç birirni yarımçıq qoymağı sevmirdi.

Pablo Pikasso

Məşhur ispan qrafiki, rəssamı, heykəltəraşı Pikassonun tam adı Pablo Dieqo Xose Fransisko de Paula Xuan Nepomuseno Mariya de los Remedios Sipriano de la Santisima Trinidad Martir Patrisio Ruiz i Pikassodur. O, evində ağ göyərçinlər saxlayırdı. Çox sevdiyi tüfəngini isə əsərlərini almağa gələn alıcılara yaxın yerdə saxlayırdı ki, qiyməti çox aşağı sala bilməsinlər.

Albert Eynşteyn

Alman nəzəriyyəçisi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı, ictimai xadim, alim Albert Eynşteyn corab geyinməyə nifrət edirdi. O, həyat yoldaşına yazdığı bir məktubunda “Ən özəl tədbirlərə belə corab geyinməyib, bunu çəkmələrimlə gizlədə bildim” deyib.

Onore de Balzak

XIX əsrin görkəmli fransız yazıçısı, dramaturqu Onore de Balzak qəhvə içməyi çox sevirdi. O,  yazmağa başlamazdan əvvəl 5 fincan qəhvə içirdi. Qəhvəni onu hərəkətə gətirən əsas qüvvə kimi görən yazıçı bəzən 2 gün fasiləsiz işləyə bilirdi.

Hans Xristian Anderson

Məşhur Danimarkalı yazıçı Hans Xristian Anderson yanğında ölməkdən, pasportunu itirməkdən qorxurdu. Dişini çəkdirməktən ehtiyat edən yazıçı dişlərinin sayının onun yazıçı kimi istedadına təsir etdiyinə inanırdı.

Afaq Rza 
Milli.Az 

34 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar