“Amerikada Vandamı, Azərbaycanda Kənan M.M-i bəyənirəm” — “Azərbaycanlı Vandam”la MÜSAHİBƏ

Paylaşmaq gözəldir...

Son günlər sosial şəbəkələrdə “Azərbaycanlı Vandam” kimi məşhurlaşan Ruslan İsmayılov “Ölkə.Az”ın suallarını cavablandırıb.

– Ruslan, öncə özünüz barədə məlumat verərdiniz…

– Zaqatalanın Çobankol kəndindənəm, 31 yaşım var. Vandam kimi mərd oğlan olmaq istəyirəm. Onun kimi idmançı olmaq və sözün düzünü desəm, bir az çörək qazanmaq istəyirəm. Çörəyi də sənətlə qazanmaq istəyirəm.

– Uşaq vaxtı idmanla məşğul olmusunuzmu?

– Bir az trenajorla məşğul olmuşam. İstəyirəm ki, efirə çıxana qədər bir az da idman edim. Qabağa getmək istəyirəm.

– Videoları çəkmək ideyası necə yarandı?

– Özüm tanınmaq istədim. Əfəndi Şabanov adlı bir oğlan var, videolarımı o çəkir, mənədəstək olur.

– Videolardan sonra sizə təkliflər gəlirmi?

– Bəli, çox zənglər gəlir, evdə otura bilmirəm. Deyirlər ki, bomba kimi videolar çəkirsən, biz də səni qabağa çəkəcəyik.

– Tanınmış sənətçilərdən kimlərin klipinə çəkilmək istərdiniz?

– Bakıdan zənglər gəlir, çağırırlar.

– Videoların birində Səbinə adlı xanıma ismarış göndərirsiniz…

– O qız Səbinə Katanovadır, mənə dəstək olub. Vayner Ruzi Ələkbərovun da mənə dəstəyi var. Kim dəstək olursa, Allah hamısının canını sağ eləsin.

– Hansı aktyorumuzla eyni filmdə çəkilmək istərdin?

– Kənan M.M-lə çəkilmək istərdim.

– Şəxsən tanışsız?

– Tanış deyilik, amma istərdim tanış olaq. Onun həm filmlərini, həm də hərəkətlərini bəyənirəm. Amerikada Vandama, Azərbaycanda Kənan M.M-ə azarkeşlik edirəm. Azərbaycan xalqını da çox sevirəm.

– Bəs dinlədiyin sənətçilər kimlərdir?

– Xatirə İslamla Manaf Ağayevin ifasını xoşlayıram.

– Hazırda iş yeriniz varmı?

– Düzünü deyim ki, iş yerim yoxdur. İş olanda fəhlə işləyirəm, yaxud gedib metal yığırıq. Kasıb adamam, açıq danışmaq lazımdır.

– Eşitdiyimə görə videolara görə sizi hədələyiblər.

– Elə şey olmayıb. Zəng edib təşəkkür ediblər. Mən də demişəm ki, çörək qazanmaq istəyirəm.

61 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar