Sərnişin təyyarəsi alışdı – Ölən və yaralananlar var – VİDEO

Paylaşmaq gözəldir...

Rusiyanın Soçi şəhərində hava limanında təyyarə alışıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, “Utair” hava şirkətinə məxsus Moskvadan Soçiyə uçan  “Boeing 737” sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Hadisə zamanı 18 nəfər xəsarət alıb, 160 nəfər təxliyyə edilib. Xəsarət alanlar arasında 3 uşaq da var.

Hadisə zamanı aeroportun 1 əməkdaşının ürək tutmasından öldüyü bildirilib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Alovun söndürülməsinə 5 yanğınsöndürmə texnikası cəlb edilib və saat 03:25-də yanğın lokallaşdırılıb. Bir saat sonra isə alov söndürülüb. Hadisə zamanı təyyarənin ön hissəsi də zərər çəkib.

Hazırda hava limanında həkimlər və psixoloqlar briqadası işləyir.

132 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar