Gözəllik üçün ölümü gözə aldı – FOTO

Paylaşmaq gözəldir...

İngiltərədə yaşayan 43 yaşlı Aimi Venes adlı qadın estetik əməliyyat düşkünüdür.

Metbuat.az-ın “Mynet.com”-a istinadən verdiyi məlumata görə, estetik əməliyyatlar üçün 250 min manatdan çox pul ödəyən Aimi “ bu bağlılığın məni öldürəcəyini bilirəm. Amma bu problem deyil. Tabutumda gözəl görünmək vacibdir. Daimi ağrı içində yaşamaq gözəl görünməyə dəyər” deyib.

Dərisinin gənc görünməsi üçün qeyri-qanuni hormon inyeksiyaları istifadə etdikdən sonra fibromiyalji diaqnozu qoyulan və daima bir ağrı içində yaşayan Venes bütün bu ağrıların gözəl görünməyə dəydiyini düşünür.

Ağrıkəsicilər istifadə edərək bu ağrılara dözən Venesə həkimlər onlardan xilas olmağı, əks halda ölə biləcəyini deyib.

Venes “ sadəcə bir həyatım var. Ağrıkəsilər olmadan yaşaya bilmərəm. Həyat çox qısadır. Mən belə çox xoşbəxtəm” deyib.

Saysız estetik əməliyyatlar, dolğu və botoks etdirməsinə baxmayaraq Aimi estetik əməliyyatlara davam edəcəyini bildirib.

 

136 dəfə baxılıb...

Загрузка...

Oxşar postlar