Dünyanın ən çox qazanan idmançıları 

Paylaşmaq gözəldir...

“Forbes” jurnalı dünyanın ən çox qazanan idmançılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, reytinqdə birinci yeri amerikalı boksçu Floyd Meyvezer tutur.

 

 

 

Meyvezer son 12 ay ərzində 105 milyon dollar qazanıb. Bu vəsaitin 73 milyon dolları Saul Alvaresla, 32 milyonu Markos Maydano ilə döyüşün payına düşür. Bundan əlavə, Meyvezer qolfçu Tayqer Vudsdan sonra il ərzində 100 milyon dollardan çox pul qazanan ikinci idmançı olub.

 

 

 

Ən çox qazanan idmançılar arasında ikinci yeri “Real Madrid”in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo tutur. Potruqaliyalının 1 ildəki gəliri 80 milyon dollar olub. Bu məbləğin 28 milyonu reklam müqavilələrinin payına düşür.

 

 

 

Üçlüyü basketbolçu Lebron Ceyms tamamlayır. Ceymsin 12 ayda qazandığı 72,3 milyon dolların 53 milyonu reklam müqavilələrindən gələn gəlirdir.

 

 

 

Dünyanın ən çox qazanan 10 idmançısı:

 

 

 

1. Floyd Meyvezer (boks) – 105 milyon dollar

 

2. Kriştiano Ronaldo (futbol) – 80 milyon dollar

 

3. Lebron Ceyms (basketbol) – 72,3 milyon dollar

 

4. Lionel Messi (futbol) – 64,7 milyon dollar

 

5. Kobi Braynt (baksetbol) – 61,5 milyon dollar

 

6. Tayqer Vuds (qolf) – 61,2 milyon dollar

 

7. Roce Federer (tennis) – 56,2 milyon dollar

 

8. Fil Mikelson (qolf) – 53,2 milyon dollar

 

9. Rafael Naddal (tennis) – 44,5 milyon dollar

 

10. Mett Rayan (Amerika futbolu) – 43,8 milyon dollar

211 dəfə baxılıb...

Загрузка...