Ağıla gəlməz fakt ~ dünyada ən yaxşı silahlanmış ölkəsi hansıdır?

Paylaşmaq gözəldir...

Sizə bir ipucu verək: Bu nə ABŞ, nə Rusiya, nə İsrail, nə də ki , Şimali Koreyadır.

 

Bu ölkə Avropanın mərkəzində yerləşən İsveçrədir. İsveçrə kişiləri 20 yaşdan 50 yaşa qədər hərbi mükəlləfiyyətdə hesab olunurlar və bu yaş senzinə aid olan insanlar professional əsgər kimi hər an tam döyüşə hazır vəziyyətdə olurlar.

 

İsveçrənin ştatda olan ordusunun sayı 22 mindir. Lakin onlara cəmi 2 gün vaxt lazımdır ki, 1.7 milyon nəfəri tam döyüşə hazır ordu halına gətirə bilsinlər. Xatırladaq ki, ABŞ-da ehtiyyatda 1.3 milyon, Çində isə 2.4 milyondur.

 

İsveçrə ordusunun zabit heyəti 9 min nəfərdir. Bunlardan da böyük əksəriyyəti aviasiya hissələrində xidmət göstərən zabitlərdir. Orduda zabit olmaq istəyən əsgərlərə 100 günlük zabit təlim kursu keçmək kifayət edir.

 

7.5 milyon əhalisi olan İsveçrənin hərbi büdcəsini də yetərincə yüksək hesab etmək olar. Belə ki, bu ölkənin hərbi büdcəsi 5 milyard dollardır. Hərbi texnika , silah arsenalı da yetərincə zəngindir. Quru qoşunlarının tərkibində 800 tank, hərbi aviasiya hissələrində isə 350 təyyarə və 100 helikopter mövcuddur.

 

Ölkədə insanların silaha sahib olma proseduru da çox sadədir , bundan əlavə İsveçrənin bütün şəhərlərində atıcılıq kublarına da rast gəlmək mümkündür.

 

275 dəfə baxılıb...

Загрузка...